ÖZÜNÜ KƏŞF ET: ZEHNİN GİZLİ KODLARI MODUL II — ŞÜURALTİ İNANCLAR VƏ DÜŞÜNCƏ PROQRAMLARI Bu modul insanın düşüncə tərzinə, qərarlarına və davranışlarına təsir edən inancları, avtomatik düşüncələri və öyrənilmiş davranış modellərini araşdırmaq üçün hazırlanmışdır. İştirakçı uşaqlıq təcrübələrinin, ailədən öyrənilən yanaşmaların və keçmiş hadisələrin özünə, münasibətlərə və həyata baxışına necə təsir edə biləcəyini öyrənəcək. Məhdudlaşdırıcı inanclarını müəyyənləşdirəcək, onların nə dərəcədə əsaslı olduğunu təhlil edəcək və daha çevik, sağlam düşüncə modelləri formalaşdırmaq üçün praktikalar yerinə yetirəcək. * Şüuraltı anlayışı və avtomatik düşüncə prosesləri * İnanclar necə formalaşır? * Uşaqlıq təcrübələri və ailədən öyrənilən düşüncə modelləri * Məhdudlaşdırıcı inanclar və onların gündəlik həyata təsiri * Şüuraltı qorxular və daxili maneələr * Özün haqqında formalaşdırdığın düşüncələr * Təkrarlanan davranış modellərinin arxasındakı inanclar * Pul, sevgi və uğur haqqında düşüncə proqramları * Daxili müqavimət və dəyişiklikdən qorxmaq * İnancları sorğulamaq və alternativ düşüncələr yaratmaq * Köhnə düşüncə vərdişlərini dəyişdirmək üçün praktik üsullar * Yeni düşüncə modelinin gündəlik həyata tətbiqi. İŞTİRAKÇININ ƏLDƏ EDƏCƏYİ NƏTİCƏLƏR * Avtomatik düşüncələrini və əsas inanclarını tanıyacaq. * Məhdudlaşdırıcı inanclarını müəyyənləşdirəcək. * Keçmiş təcrübələri ilə indiki reaksiyaları arasındakı mümkün əlaqələri araşdıracaq. * Özünə, pula, münasibətlərə və uğura dair düşüncələrini təhlil edəcək. * Fərziyyələrlə faktları bir-birindən ayırmağı öyrənəcək. * Daha real və dəstəkləyici düşüncə alternativləri yaradacaq. * Yeni davranışları sınaqdan keçirmək üçün fərdi fəaliyyət planı hazırlayacaq. MODUL MATERİALLARI VƏ PRAKTİKALAR * 5 ətraflı video dərs * PDF dərs materialları və iş dəftəri * Şüuraltı inancları araşdırma testi * Məhdudlaşdırıcı inancların müəyyənləşdirilməsi * Uşaqlıqdan öyrənilən düşüncə modellərinin analizi * Avtomatik düşüncələri izləmə gündəliyi * Pul, sevgi və uğur inanclarının təhlili * Düşüncəni sorğulama praktikası * Köhnə inanc və yeni alternativ düşüncə cədvəli * 7 günlük düşüncə müşahidəsi proqramı * Fərdi dəyişiklik və fəaliyyət planı * Yekun özünüqiymətləndirmə testi 8\. İŞTİRAKÇIYA MESAJ Bəzən insanın həyatına təsir edən düşüncələr o qədər tanış olur ki, onları həqiqət kimi qəbul etməyə başlayır. “Mən bacarmaram”, “Mən buna layiq deyiləm”, “Uğur qazanmaq çətindir” kimi fikirlər zamanla seçimlərinə və davranışlarına təsir edə bilər. Lakin hər düşüncə fakt deyil və hər inanc dəyişməz həqiqət sayılmır. Düşüncələrini müşahidə etmək, onların haradan qaynaqlandığını araşdırmaq və əsaslı olub-olmadığını yoxlamaq sənə daha şüurlu seçimlər etmək imkanı verir. Unutma: Sən inanclarını araşdıra, düşüncələrini yenidən qiymətləndirə və yeni davranışlar seçə bilərsən. Özünü dəyişmək üçün əvvəlcə özünü mühakimə etmədən anlamağa başla. Dinşünas & Coach Gulnara PLATFORM
Bu bölümdə sizə təklif edilən başlıqlar yuxarıda sadalanmışdır. Təklif edilən mövzular təlimçi İbrahimova Gülnarə tərəfindən hazırlanmışdır. Əlavə məlumat üçün əlaqə saxlamağınız tövsiyyə olunur.
